06 oktyabr 2024 13:43
329

"Real"dan Karvahalla bağlı rəsmi AÇIQLAMA

"Real" ötən gecə La Liqanın 9-cu turunda "Vilyarreal"la oyunda ağır zədə alan futbolçusu Dani Karvahalın durumu ilə bağlı açıqlama yayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dizindən ciddi xəsarət alan müdafiəçinin əməliyyat olunacağı qeyd olunub: 

“Klubun tibbi xidməti Dani Karvahalı müayinə etdikdən sonra ona ön çarpaz, xarici bağın yırtılmas, eyni zamanda sağ ayağının bud sümüyündə yırtılma diaqnozu qoyulub. O, yaxın günlərdə əməliyyat olunacaq."

Qeyd edək ki, matçın son dəqiqələrində rəqib futbolçusu ilə toqquşan Karvahal meydanı xərəkdə və göz yaşları içində tərk edib.