06 oktyabr 2024 15:43
311

"Vest Hem"in braziliyalı futbolçusu iddiaları rədd etsə də...

"Vest Hem"in braziliyalı futbolçusu Lukas Paketa məhkəmə qarşısına çıxacaq.

"İki sahil" İdman.biz-ə istinadən xəbər verir ki, İngiltərə mətbuatı dinləmənin mart ayında olacağını bildirib. Mərc oyunlarında günahlandırılan Paketanın ömürlük futboldan uzaqlaşdırılması gündəmə gəlib. İngiltərə Futbol Assosiasiyası (FIA) feyr-pley qaydalarını pozduğuna görə futbolçunun ciddi cəzlandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Lukasın 60-a yaxın tanışı onun sarı vərəqə almasına pul qoyuluşu edib və 100 min funtdan çox qazanc əldə edib. Paketa isə bütün ittihamları rədd edib.