06 oktyabr 2024 17:11
311

Millimiz turniri qol vurmadan tərk edib

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib.

“İki sahil” xəbər verir ki, U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə beşinci yer uğrunda görüşdə qarşılaşıb. Matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Həlledici zərbələrdə Qırğızıstan seçməsi daha dəqiq oynayaraq (4:2) qələbə qazanıb. Qeyd edək ki, millimiz turniri qol vurmadan tərk edib. Komandamız əvvəli oyunlarda Türkmənistana 0:3, Türkiyəyə isə 0:6 hesabları ilə uduzub.