08 oktyabr 2024 01:57
428

İndi də Honkonqda virus?

Honkonqda 90-dan çox insan B qrupu streptokokuna yoluxub, onlardan 4-ü dünyasını dəyişib.

ST283 ştammı ilə yoluxma barədə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamenti yanında Sağlamlığın Mühafizəsi Mərkəzi məlumat yayıb. Son məlumata görə, 91 nəfər xəstələnib. Hazırda xəstəxanaya yerləşdirilən 43 nəfərin vəziyyəti stabil, 4 nəfərin vəziyyəti ağırdır, 4 nəfər dünyasını dəyişib, 40 nəfər artıq xəstəxanadan buraxılıb.

Epidemioloji araşdırmaya görə, simptomlar görünməzdən əvvəl 75 nəfər çiy şirin su balıqları istehlak edib. Xəstələrin Honkonqun müxtəlif bölgələrinin sakinləri olduğu, 18 ərazidəki 47 müxtəlif bazardan müvafiq şirin su balığını aldığı qeyd edilir.

Honkonq rəhbərliyi əhaliyə müraciət edib ki, çiy şirin su balıqlarını yalnız əlcəklə istifadə etsinlər, az bişmiş şirin su balığını yeməsinlər, iltihab və ya hərarət yüksəldikdə dərhal kömək üçün həkimə müraciət etsinlər.

Nubar Süleymanova, “İki sahil”