Livanın Suriya ilə sərhədini bir gündə təxminən 7,5 min insan keçib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriya Ərəb Respublikasında müharibə aparan tərəflərin Barışıq Mərkəzinin rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib. “Gün ərzində Livan ərazisindən “Əl-Arida”, “Əl-Cəvasiya”, “Əl-Dəbuhiya”, “Cisr əl-Qəmər” və “Caydut Yabus” keçid məntəqələri vasitəsilə Suriya Ərəb Respublikasının sərhədini 7 495 nəfər keçib”, - o bildirib.
İqnasyuk xatırladıb ki, oktyabrın 8-də Moskva vaxtı ilə saat 20:25-də (Bakı vaxtı ilə saat 21:25-red) İsrail Suriyanın hava məkanını pozmadan Holan yüksəkliklərindən Dəməşqin Mezza rayonundakı yaşayış və ticarət binalarına zərbələr endirib.