9 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.” şirkətinin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə şirkətlər arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər hasilat, emal və digər sahələrin rəqəmsallaşdırılması, enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib