Bu ilin sonuna qədər Azərbaycanda hər bir kənd yüksək sürətli internetlə təmin ediləcək.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
"Bu da o deməkdir ki, artıq kifayət qədər yüksək sürətli internet inklüziv cəmiyyətin formalaşmasına təsir edəcək. Əlçatanlığa gəldikdə, internet paketsiz yanaşma da var ki, bu da bizim əsas hədəflərimizdən biridir. Əsas məqsəd bütün vətəndaşlarımızı əhatə etməkdir. Onlara əsasən rəqəmsal xidmətlərə çıxış təmin edirik. İnternet paketsiz isə "Mygov" və "Sima" kimi platformalara çıxış təmin edirik. Bu da, atdığımız mühüm addımlardan biridir", - deyə o qeyd edib.