14 noyabr 2017 14:25
910

Kiyevdə benzinin qiyməti bahalaşıb

Ukraynanın paytaxtı Kiyevdə və vilayətində A 95 markalı benzinin qiyməti orta hesabla 45 qəpik bahalaşıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 13-nə olan məlumata görə, ən ucuz satılan A 95 markalı benzin 39 qəpik artaraq 27,74 qrivenə satılır (1 ABŞ dolları-26,60 qriven).

Bəzi yanacaqdoldurma şirkətlərində isə A 95 markalı benzin 60 qəpik artaraq, 28,59 qriven olub.

Ən bahalı A 95 markalı benzin isə WOG yanacaqdoldurma məntəqələrində satılır – 29,49 qriven. Burada bu markalı benzin 50 qəpik bahalaşıb.