10 oktyabr 2024 13:49
321

Laçında təmizliyinin qorunması ilə bağlı şirkətlərə çağırış

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov şəhərin təmizliyinin qorunması, tullantıların daşınması üçün şirkətlərə çağırış edib.

“İki sahil” xəbər verir ki,  o, Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında bəzi şirkətlərin tikinti işlərindən sonra tullantıları daşımadığını bildirib.

M.Məmmədov deyib ki, Laçın bu gün Azərbaycanın ən gözəl məkanlarından birinə çevirilib:

"Laçın su, meşə ehtiyatlarına görə zəngindir. "İstisu" mineral yatağının kəşf edilməsi üçün işlər görülə, dağ-mədən sənayesində geoloji kəşfiyyat təşkil edilə bilər. Bu həm də Laçında məşğulluq baxımından faydalı iş olacaq". (Report)