11 oktyabr 2024 17:52
345

Türkiyə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Oktyabrın 5-dən 11-dək “Azərbaycan-Türkiyə gənclərinin mübadiləsi proqramı” çərçivəsində Türkiyə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

“İki sahil” xəbər verir ki,  səfər çərçivəsində qonaqlar "Gənclər Paytaxtı" Lənkəran şəhərində fəaliyyət göstərən Gənclər Evində, Bakı Gənclər Mərkəzi və Qaradağ Gənclər Evində gənclər üçün yaradılan şərait, fəaliyyətlər, həyata keçirilən layihələrlə tanış olublar. Həmçinin COP29 Məlumat Mərkəzində könüllülərlə görüşüblər. Proqrama uyğun olaraq DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub, orada fəaliyyət göstərən müxtəlif ustad dərslərinə qoşulublar.

Qonaqlar gənclər və idman naziri Fərid Qayıbovla görüşdə fəaliyyətləri, həyata keçirilən layihələrdə iştirakları, qazandıqları təcrübələr barədə danışıblar. Həmçinin Qayıdış Könüllüləri ilə görüşüb, Hərbi Qənimətlər Parkına ekskursiya edib, Bakı və Qobustanda tarixi-mədəni abidələrlə tanış olublar.