Kremldə ukraynalı jurnalist Viktoriya Roşçinanın taleyi ilə bağlı məlumat yoxdur.
"İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
O, xanım Roşçinanın Rusiyada həbsdə olması və sentyabrda vəfat etməsi ilə bağlı Ukraynadan yayılan xəbərə belə münasibət bildirib.
“Xeyr, təəssüf ki, bizdə də bu məlumat yoxdur. Mən bu barədə heç nəyə aydınlıq gətirə bilmərəm"- deyə, Peskov bildirib.