14 oktyabr 2024 15:20
280

"Kapital Bank" III rübün maliyyə nəticələrini elan edib

“Kapital Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 166,073 milyon manat xalis mənfəətlə başa vurub.

"İk sahil” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,8 % azdır.

9 ay ərzində “Kapital Bank”ın gəlirləri 1 milyard 57,94 milyon manat (illik müqayisədə 25,3 % çox), xərcləri 728,365 milyon manat (38,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 108,565 milyon manat (30,4 % çox), mənfəət vergisi ödəmələri isə 54,091 milyon manat (1,4 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Kapital Bank”ın aktivləri 10 milyard 277,304 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,5 % çoxdur. Bunun 4 milyard 572,358 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 31,2 % böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 23,2 % artaraq 9 milyard 370,929 milyon manata, o cümlədən depozit portfeli 22,4 % artaraq 7 milyard 937,698 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 906,376 milyon manata çatıb.

Bankın 1 oktyabr 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlərini ümumi dəyəri isə 265 milyon manat olub.

"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir, Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.