14 oktyabr 2024 15:47
274

Von der Leyen: İrana qarşı sanksiyaların tətbiqini alqışlayıram

İranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstək verməsi qəbuledilməzdir və dayandırılmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X” platformasındakı paylaşımında bildirib.

“İranın Rusiyaya pilotsuz uçuş aparatları və raketlər göndərməsinə cavab olaraq fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini alqışlayıram və daha çoxuna ehtiyac var”, - deyə o, paylaşımında bildirib.