16 oktyabr 2024 08:23
296

Türkiyə-Azərbaycan gənclər mübadiləsi proqramı başa çatıb

Türkiyənin Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə Baş İdarəsində Türkiyə-Azərbaycan gənclər mübadiləsi proqramının uğurla başa çatdığı bildirib.

“İki sahil” xəbər verir ki, bir həftəlik proqram çərçivəsində Türkiyənin on gənci Bakı və Lənkəranda olub. Təşəbbüsün məqsədi Azərbaycanla dostluq əlaqələrini möhkəmləndirmək, gənc nəsli qardaş ölkənin mədəniyyəti və tarixi ilə tanış etmək, iki dövlət arasında əməkdaşlığın daha da güclənməsinə töhfə vermək olub. Proqrama Azərbaycan Gənclər və İdman Nazirliyi fəal dəstək verib. Proqram iştirakçıları Azərbaycanın görməli yerlərini ziyarət etmək, həmyaşıdları ilə ünsiyyət qurmaq, birgə layihələri müzakirə etmək imkanı əldə ediblər. Xüsusilə, Hərbi Qənimətlər Parkı və Qobustan Milli Tarix və İncəsənət Muzeyinin ziyarət edilməsi təşkil olunub.

Gənclərin mübadilə proqramlarının davam etdirilməsinin əhəmiyyətini vurğulayan proqram iştirakçıları səfərin təşkilatçılarına təşəkkür ediblər.