17 oktyabr 2024 15:55
78

COP29 ərəfəsində hava limanına gedəcək vətəndaşlar alternativ yollardan istifadə etsinlər - BİRGƏ MÜRACİƏT

COP29 ərəfəsində Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tətbirdən daha öncə planlamaları və alternativ yollardan istifadə etmələri xahiş edilir.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, 2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək:

Məlumata görə, Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkəti dəyişdiriləcək.

"Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir. Eyni zamanda bildiririk ki, 19 oktyabr gündüz saatlarında şatl avtobuslarının fəaliyyətinin monitorinqi ilə bağlı həyata keçiriləcək tədbirlər zamanı yollarda hər hansı bir məhdudiyyət tətbiq olunmayacaq", - məlumatda bildirilib.