17 oktyabr 2024 19:18
203

Milli Məclisin deputatı Vüqar Rəhimzadə seçiciləri ilə görüşüb - FOTOLAR

6 saylı  Ordubad-Culfa seçki dairəsindən Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının qərargahında seçiciləri ilə görüşü olub.

“İki sahil” xəbər verir ki, görüşdən əvvəl Ordubad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanında Vətən oğullarının məzarları ziyarət edilib.

Vüqar Rəhimzadə görüşdə seçicilərin müraciətini dinləyərək,  onları düşündürən   məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Seçicilər geniş fikir mübadiləsi şəraitində keçirilən görüşdən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, millət vəkili Vüqar Rəhimzadə, həmçinin Ordubad  rayonunun Dəstə kənd, Culfa rayonunun Yaycı və Bənənyar kənd seçiciləri ilə də görüşüb, Dəstə kəndində şəhidlərin xatirəsinə salınmış parkı və bulaq-abidəni ziyarət edib.