18 oktyabr 2024 10:01
100

Taleh Kazımov: "Yaşıl maliyyə" investisiyaları dayanıqlı iqtisadiyyatın yaradılması üçün vacibdir

Qlobal iqlim dəyişiklikləri Azərbaycan iqtisadiyyatına təsir edir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib. "Bu səbəbdən "yaşıl maliyyə" investisiyaları yalnız ekoloji faydaların verilməsi baxımından deyil, həm də dayanıqlı iqtisadiyyatın yaradılması üçün vacibdir. "Yaşıl maliyyə"nin əhəmiyyəti barədə cəmiyyətin məlumatlılığının artırılması, maraqlı tərəflər arasında dialoqun qurulması və innovativ həllərin tapılması kimi prioritetləri daim diqqətdə saxlamalıyıq. AMB olaraq, bu mühüm çağırışla bağlı qarşımızda duran prioritetləri bilirik və ortamüddətli dövr üzrə strateji gündəlik mövcuddur. Bu gündəliyə tənzimləyici çərçivəni təkmilləşdirmək və "yaşıl investisiya"ları təşviq etmək kimi mühüm vəzifələr daxildir. Əsas hədəfimiz maliyyə institutlarının portfellərinindayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir", - deyə o qeyd edib.