18 oktyabr 2024 18:13
280

Kemeron Diaz 10 ildir buna görə filmə çəkilmir

Hollivud ulduzu Kemeron Diaz 10 ildir niyə yeni layihələrdə rol almadığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, aktrisa ailəsinə görə karyerasına fasilə verdiyini söyləyib:

"Mənə elə gəldi ki, sadəcə bunu etməliyəm. Heç nə məni qurmaq istədiyim həyatdan vaz keçirə bilməzdi. Mənim üçün bütün bu illər ərzində ən önəmlisi ailə qurmaq idi".

Qeyd edək ki, Kameron Diaz "Maska", "Çarlinin mələkləri" kimi filmlərlə məşhurlaşıb. Onun son rol aldığı layihə 2014-cü ildə "Özgə qadın" olub. Aktrisa bir il sonra musiqiçi Benji Madden ilə ailə qurub. Cütlüyün iki övladı var.