10 noyabr 2017 14:18
758

Azərbaycanda neft hasilatı uzun müddət stabil qalacaq

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda neft hasilatının 2040-cı ilədək stabil olaraq sutkada 700-800 min barrel səviyyəsində qalacağını proqnozlaşdırır.

AZƏRTAC İtaliyanın “Agenzia Nova” xəbər saytına istinadla xəbər verir ki, bu barədə neft karteli tərəfindən nəşr edilən "World Oil Outlook 2040" adlı hesabatda deyilir.