20 oktyabr 2024 16:51
208

Döyüş səhnələrinin bir neçəsi Tbilisi Beynəlxalq Hava Limanında çəkiləcək

Amerika tammetrajlı hərbi mövzulu bədii filminin səhnələrinin bir neçəsi Tbilisi Beynəlxalq Hava Limanında çəkiləcək.

“Gürcüstanda kino” dövlət proqramının dəstəyi ilə həyata keçirilən layihə əsasında filmin çəkilişlərində 200-dən çox Gürcüstan vətəndaşı iştirak edəcək. Filmin Gürcüstanda xərclənəcək büdcəsi 13 milyon lari təşkil edir.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb. Bildirilir ki, bədii filmin epizodlarından birinin çəkilişi üçün oktyabrın 21-22-də iki gün ərzində xüsusi hərbi texnikanın və hərbi geyimli aktyorların hərəkət edəcəyi yer kimi paytaxtın hava limanının köhnə terminalının ərazisi seçilib.

Gürcüstanda planlaşdırılan çəkilişlər 36 gün davam edəcək.