22 oktyabr 2024 14:28
167

Moskva hava limanında saxlanıldı, adı "qara siyahı"dadır

Qlükoza ləqəbi ilə tanınan rusiyalı müğənni Natalya İonova Moskvada hava limanında saxlanılıb.

“İki sahil” xəbər verir ki, müğənninin qəribə davranışı hava limanının əməkdaşlarının diqqətindən yayınmayıb. Polis onun narkotikin təsiri altında olduğunu ehtimal edib. Ona tibbi müayinədən keçmək təklif olunub, lakin Natalya bundan imtina edib.

İfaçıya barəsində 6.9-cu inzibati maddə ilə protokol tərtib edilib. Məhkəmə azyaşlı uşaqlarının olmasını nəzərə alaraq müğənnini beş min rubl məbləğində cərimələyib. 

Bundan başqa, məlum olub ki, Qlükoza “Mavi işıq” filminin çəkilişlərinə dəvət edilməyib. Həmçinin, müğənninin Yeni ildə televiziya şoularında çıxışı qadağan olunub. Onun adı "qara siyahı"ya salınıb.

Qeyd olunur ki, sənətçinin iştirakı ilə keçirilən korporativ tədbirlərə sifarişlərin sayı yarıbayarı azalıb. Mənbənin sözlərinə görə, təşkilatçılar ifaçının tədbirlərə narkotik təsiri altında çıxacağından ehtiyat edirlər. Müğənni ilə özəl ifalarla bağlı danışıqlar aparanların mümkün risklərə görə endirim istəmələri ortaya çıxıb.

Qeyd edək ki, bir müddət əvvəl konsertlərin birində tamaşaçılar müğənninin qəribə davranışını görüblər. Görüntülərə əsasən, o, vulqar jestlərə yol verib, söyüş söyüb və çox sərxoş halda nəzərə çarpıb.

Müğənni sonradan vəziyyətinin antidepressantlar və yuxu həbləri qəbul etdikdən sonra belə olduğunu bildirib. Onun reabilitasiyaya yerləşdiriləcəyi deyilmişdi.