23 oktyabr 2024 15:30
87

BRİKS ölkələri bank sisteminin yaradılmasını müzakirə edirlər

BRİCS ölkələri kommersiya xərclərini azaltmağa kömək edəcək maliyyə sisteminin yaradılmasını müzakirə edirlər.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu  Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib.

O, əmin edib ki, bu, assosiasiya üzvlərinin daxili maliyyə sistemlərini əvəz etməyəcək

BRİKS sammitində videobağlantı vasitəsilə çıxış edən cənab Lula da Silva deyib: “Biz bank sistemi haqqında danışarkən, kommersiya əlaqələrimiz üçün xərcləri azaldacaq maliyyə sisteminin yaradılması imkanlarını müzakirə edirik”.