23 oktyabr 2024 16:23
89

Azərbaycan Prezidenti Tatarıstanın “Dostluq” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Fərmanı Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub.

İlham Əliyev bu ordenlə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif edilib.