Tokio avtomobil sərgisində "Ferrari" şirkəti yeni modelini təqdim edib.
"Ölkə.Az" xəbər verir ki, "J50" modeli brendin yapon bazarında mövcudluğunun 50 illiyinə həsr edilib.
Model "488 Spider" platformasında yığılıb. Kapotun altında V8 tipli, 3.9 litr həcmli tvin-turbo mühərriki yerləşdirilib. Aqreqat 690 at gücü hasil edir. Mühərrik 7 pilləli sürətlər qutusu ilə çalışır. Yerindən 100 km/saat sürəti 3 saniyəyə əldə edir. "J50"nin maksimal sürəti 325 km/saatdır.
"Ferrari J50" cəmi 10 ədəd istehsal edilib və sadəcə Yaponiyada satışa çıxacaq.