İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 10,2 milyon manat investisiya yatırılacaq.
“İki sahil” Agentliyə istinadən xəbər verir ki, söhbət Azərbaycan və Türkiyə birgə kapitallı “Elba Chem” QSC-dən gedir. Şirkət tərəfindən Sənaye Parkının ərazisində istehsal gücü ildə 10 min ton olan kalium sulfat (gübrə) istehsalı zavodunun inşası nəzərdə tutulur.
Layihə çərçivəsində 50-dən çox iş yerinin yaradılması planlaşdırılır. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Beləliklə, Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb.
Azərbaycanda ötən il beynəlxalq dəmiryolu nəqliyyatı ilə 3 milyard dollarlıq yük daşınıb
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların dəyəri 11 %-ə yaxın artıb