Oktyabrın 30-na olan məlumata əsasən, ABŞ-da 53 milyondan çox sakin noyabrın 4-də keçiriləcək ümumi seçkilərlə bağlı erkən səs verib.
“İki sahil” xəbər verir ki, bu rəqəmləri Florida Universitetinin Seçki Laboratoriyası açıqlayıb. Bildirilir ki, erkən səs verən seçicilərdən 27,7 milyondan çoxu şəxsən səsvermələrə qatılıb, 25,7 milyona yaxını isə səslərini poçt vasitəsilə göndərib.
ABŞ-da erkən səsvermə ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən başlayır və noyabrın 2-dək davam edir.
Noyabrın 5-də ABŞ-da ümumi seçkilər keçiriləcək. 2024-cü il prezident seçkiləri ilində prezident və vitse-prezident seçiləcək. Bundan əlavə, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.