Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə müvafiq paylaşım nazirliyin “X” sosial şəbəkəsində yerləşdirilib.
“Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmasını diləyirik”, - paylaşımda yazılıb.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib