55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsindən deputat seçilən Müşfiq Məmmədli Quba rayonunun Qnaqkənd qəsəbəsində seçicilərlə görüş keçirib.
Bu barədə “İki sahil”ə açıqlama verən deputat qeyd etdi ki, vətəndaş qəbulundan öncə tibb məntəqəsində tibb işçiləri ilə görüşdük. Bu görüşdə bizə yaxınlaşan kənd sakinləri ilə maraqlı fikir mübadiləsi oldu: "Tibb işçilərinin və kənd sakinlərinin tibb xidmətinin yaxşılaşdırılması kadr təminatı barədə fikirlərini dinlədik, icbari sığortanın tətbiqinin əhali tərəfindən məmnunluqla qarşılanmasının şahidi olduq. Tibb xidmətinin daha da təkminləşdirilməsi üçün vətəndaşların fikirlərini dinlədik. Quba rayonunun Qonaqkənd qəsəbəsində vətəndaş qəbulundan öncə tibb məntəqəsində tibb işçiləri ilə görüşdük. Bu görüşdə bizə yaxınlaşan kənd sakinləri ilə maraqlı fikir mübadiləsi oldu. Tibb işçilərinin və kənd sakinlərinin tibb xidmətinin yaxşılaşdırılması kadr təminatı barədə fikirlərini dinlədik, icbari sığortanın tətbiqinin əhali tərəfindən məmnunluqla qarşılanmasının şahidi olduq. Tibb xidmətinin daha da təkminləşdirilməsi üçün vətəndaşların fikirlərini dinlədik", deputat qeyd etdi.
Təhlükəsizlik tələbləri pozulmuş daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Azərbaycan ilə Malayziya arasında turizm əlaqələrinin gücləndirilməsi müzakirə olunub