08 noyabr 2024 00:58
263

Dil-dil ötən Fransa niyə susub?

Deyilənə görə, pişik-zad asqırmayıb, sadəcə daşdəmirlik edən müsyö Makronu "yumşaldıblar"

Hiss olunur ki, son vaxtlar Fransa prezidenti Emmanuel Makron və onun komandası Azərbaycana qarşı aqressivlik nümayiş etdirmir. Əvvəlki dövrlərdə üç gündən bir, beş gündən bir Azərbaycana böhtan yağdıran, təzyiq və təhdid "ixrac" edən Makronun təbliğat ruporları sanki qəflətən lal-kar olub. Başqa sözlə desək, onlar öz  yerlərində dinc dayanıblar. Elə bil qurbağanın gölünə daş atılıb. Bəs birdən-birə nə baş verdi? Bəlkə ağıllarına dua yazdırıblar, yoxsa pişik asqırıb?

Ancaq yayılan xəbərlər göstərir ki, pişik-zad asqırmayıb, dua da yazdırmayıblar, kar və lal da deyillər. Emmanuel Makronu elə "yumşaldıblar" ki, "kiçik bacısı" Hayastanın əvvəldən olmayan şərəf və namusunu belə yaddan çıxarıb.

Xəbər verildiyi kimi, Qazaxıstan və Fransa liderləri Parisdə strateji əməkdaşlıq haqqında saziş imzalayıblar. Məsələ burasındadır ki, Fransanın Afrikadakı dövlətlərin bir qismi ilə münasibətləri gərginləşib. Bunun nəticəsində Fransa bu dövlətlərdən ona lazım olan uranı idxal edə bilmir. Fransanın çoxsaylı atom elektrik stansiyalarının fasiləsiz işləməsi üçün urana ciddi ehtiyacı var. Atom elektrik stansiyaları Fransanın istifadə etdiyi enerjinin 63 faizini istehsal edir. Qazaxıstan isə uran istehsalına görə dünyada birinci yerdədir. Bu səbəbdən də Parisin diqqəti Qazaxıstana yönəlib.

Burada Azərbaycan-Ermənistan sülh müqaviləsinin tezliklə imzalanması məsələsi də qaldırılıb. Təbii ki, bu məsələnin qaldırılmasının təşəbbüskarı Qazaxıstan rəhbərliyi olub. Çünki Azərbaycana qarşı kəskin mövqe tutan Fransa prezidentindən belə humanist jest gözləmək sadəlövhlük olardı. Sadəcə, Makron Qazaxıstandan uran aldığına görə bir addım geri çəkilib. Razılaşdırılıb ki, Qazaxıstandan Fransaya yüklər Orta dəhliz vasitəsi ilə daşınmalıdır. Hər hansı dövlət üçün iqtisadi-hərbi məsələlərdə uranın nə qədər böyük əhəmiyyət kəsb etdiyini təkrarlamağa ehtiyac yoxdur.

Rəsmi Parisin atdığı bu addım barədə xəbər Ermənistanda böyük ajiotaj yaradıb. Fransaya güvənənlər nə qədər ciddi səhvə yol verdiklərini anlayıblar. Deməli, Fransa öz ehtiyacının ödənməsi üçün nəinki Ermənistanı meydanda tək qoya, eyni zamanda ona arxadan zərbə də vura bilər.

Erməni siyasi ekspert Qriqor Balasanyan bununla bağlı diqqətçəkən rəy bildirib: “Maraqlıdır, niyə ikitərəfli strateji sazişdə Azərbaycan-Ermənistan müqaviləsindən danışılır? O zaman Fransanın Qazaxıstan uranına “çarəsiz” ehtiyacı olduğu və onu “Zəngəzur dəhlizi” adlandırılan yol ilə nəql etmək niyyətində olması ilə bağlı proqnozlarımız özünü doğruldur. Nə oldu, bəs deyirdiniz Fransa bizə dost, qardaş və müttəfiq ölkədir?”.

Hələ harasıdır? Haylar anlayacaqlar ki, təkcə Fransa deyil, himayədarları olan ABŞ və Qərb də Cənubi Qafqazda yerləşmək üçün ondan yalnız "maşa" kimi istifadə edirlər. Zamanı gələndə onlar da Ermənistanı lazımsız əşya kimi bir kənara atacaqlar.

Əvvəllər deyirdilər ki, guya ermənilər dünyanın ən çoxbilmiş millətidir. Bunu Sovet rejimi ermənilərlə “qardaş” olduqları illərdə məqsədli şəkildə yayırdı. Hətta belə bir ifadəni məşhurlaşdırmışdılar: "Qde armyan, tam yevreyem delat neçeqo." Yəni harada erməni varsa, orada yəhudilərin işi yoxdur. Bolşeviklərin erməniləri əzizləmələrinin səbəbi vardı. Onu Cənubi Qafqazda süni surətdə qondarmaqla Ermənistan qonşu ölkələrə nəzarəti təmin edən pərçim-bufer dövlət kimi, daha doğrusu plasdarm kimi baxırdı. Ancaq indi məlum olur ki, hayları əzizləyən uydurulmuş saxta düzməcə, peyindən şokolad düzəltmək imiş. Ermənistan müstəqil olandan sonra bir daha məlum oldu ki, Yer üzündə ermənilərdən naqis, ağılsız, oğru, terrorçu, xəyanətkar, milli mənliyi olmayan millət yoxdur. Ona görə də iddialı dövlətlər ondan öz məqsədlərini həyata keçirmək üçün istifadə edəndən sonra pis qoxulu əski parçası kimi bir qırağa atacaqlar. Ermənilər məhz bu xarakterlərinə görə yaşadıqları bütün ölkələrdən qovulublar. Çox keçməyəcək ki, başına yığışmış “dostları” əllərində alət kimi istifadə etdikləri hay dövlətini qurban verəcəklər. Fransa kimi...

 Vəli İlyasov, "İki sahil"