09 noyabr 2024 12:46
289

Bizim bayrağımız qürur mənbəyimizdir

Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli - mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.

Azərbaycan bayrağı, ölkənin milli kimliyinin, tarixinin və mədəniyyətinin güclü bir simvoludur. Mavi, qırmızı və yaşıl rənglər, Azərbaycan xalqının etnik mənsubiyyətini, müasirliyə olan bağlılığını və dini kimliyini əks etdirir. Aypara və səkkizguşəli ulduz isə bu rəngləri birləşdirərək, xalqın birliyini və milli ruhunu təmsil edir. 2024-cü ildə də Azərbaycan bayrağı, xalqın suverenliyini, müstəqilliyini və gələcək uğrunda birgə səylərini təmsil edən bir simvol olaraq dalğalanmağa davam edir. Bu bayraq, Azərbaycan xalqının milli qürurunu və birlik ruhunu ifadə edən əbədi bir rəmzdir.

Bayraq mənliyimdir,
bayraq kimliyim
Bayraq - öz yurduma öz hakimliyim.

Üçrəngli bayrağımız haqqında böyük məhəbbətlə danışan Ulu Öndər Heydər Əliyev deyir­di:

“Kim Azərbaycanı sevirsə, kim Azər­baycanın müstəqil dövlət olmasını istə­yirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşmə­lidir”.

Bayrağımızın bütün işğal olunmuş torpaqlarımızda dalğalanacağına əmin olduğunu dönə-dönə vurğulayan Heydər Əliyev beləcə xalqın mübarizə əzmini mətinləşdirir, qələbə inamını möhkəmlən­dirirdi. 

Bu gün Azərbaycanın Bayrağı Şuşa­da, Xankəndidə və bütün işğala məruz qalmış torpaqlarımızda qürurla dalğalan­maqdadır. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nüma­yiş etdirir”. 

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir.

Aytən Cəyiyeva,
27 nömrəli tam orta məktəbin müəllimi