09 noyabr 2024 00:01
206

9 Noyabr – Dövlət Bayrağı Günüdür

Üçrəngli bayrağımızın şanlı tarixi

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
B.Vahabzadə

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımızhərbir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraqinsanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhundatərbiyəedilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımmənimqürurvəvarlığımın təcəssümüdür. Bayrağım dalğalanırsa mən də varam. Bayraq hər bir millətin imzasını, onunkimliyini isbatedən bir varlıqdır. Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş - mavi, qırmızı, yaşıl rəngli üçzolaqdanibarətdir. Bu rənglərin hər biri xalqımıza xas olan mühüm cəhətləri ifadə edir. Belə ki, mavi rəng türkçülüyümüzü,qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs islam dinini ifadə edir. Bayrağımızın yaranma tarixi XIX əsrin əwəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcudolmuşAzərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın9-daAzərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasındaAzərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilkdəfəhəmingün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı. 1919-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentinbinası üzərində dalğalandı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu70il ərzindəxalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqladalğalanacağı anı səbirsizliklə gözlədi. Həm də yalnız gözləməklə kifayətlənmədi. Onun uğrunda diktator Sovet hakimiyyətinin kəskin qadağalarına baxmayaraq əzmlə, təmkin və qeyrətlə mübarizə apardı. Əzm və sücaət göstərdi, nəhayət, o gün gəlib çatdı.

1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiqolunması haqqında Konstitusiya Qanununu qəbul etdi. Ən müqəddəs rəmzlərdən biri sayılan bayraq bir millətinvarlığının,mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

Onun ucalığını, böyüklüyünü, müqəddəsliyini dilə gətirən Ulu Öndər Heydər Əliyev “Azərbaycan Dövlətinin Bayrağı gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun!” – deyərək, hələ o zaman hər bir azərbaycanlını bu müqəddəsbayraq ətrafında birləşməyə çağırırdı. O deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Üçrəngli bayrağımız haqqında böyük məhəbbətlə danışan Ulu Öndər Heydər Əliyev deyirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kimAzərbaycanınişğalolunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bubayraqaltında birləşməlidir”. Azərbaycan xalqı öz bayraq sevgisini döyüş cəbhələrində göstərdi. On minlərlə gənc bu bayrağasarıldı. Ali Baş Komandan İlham Əliyevin bir çağırışına cavab olaraq düşmən üstünə yeridi, işğal altında qalan torpaqlarımızı azad etdi. Bu bayraq altında gənc oğullarımız azadlıq və müstəqillik uğrunda canlarını verdilər,amma bayrağımızı enməyə qoymadılar. Onu Azərbaycan ərazisinin hər bir guşəsində dalğalandırdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bayrağımıza hörmət və məhəbbət rəmzi olaraq dövlət başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımızonu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər. Mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar.

Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u Konstitusiyada bayraq bayramı kimi qeyd olunur. Paytaxtımızın yüksək yerində inşa olunmuş Bayraq meydanında dünyanın ən hündür bayraqdirəyi qurulmuşdur. Bayrağımız respublikada fəaliyyət göstərən xarici ölkə səfirliklərinin yerləşdiyi binalarda, beynəlxalqsulardaüzən gəmilərimizdə əzəmətlə dalğalanır. Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyadatəsdiqlədi.Əminəm ki, müstəqil Azərbaycanımız siyasi və iqtisadi cəhətdən möhkəmlənib bərqərar olduqcaüçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancılacağı məkanların sayı daha da artacaq.

Sevda Abışova,
Bakı şəhəri, Xətai rayonu, 27 nömrəli tam orta məktəbin Tarix müəllimi