08 noyabr 2024 12:12
344

Dövlət bayrağı varlığımızdır!

Dövlət bayrağı dövlətçilik atributlarından biridir. Hər bir vətəndaş təhsil aldığı illərdə mək­təb­də, ailədə Dövlət Bayrağına sevgi ilə formalaşır. Bu formalaşma onun əsl vətəndaş kimi ic­ti­mai vəzifələrini müəyyənləşdirir. Tədbirlərdən birində bir məktəblinin dediyi fikir indi də yadda­şım­dadır: “Bayraq dövlət deməkdir”. Uşaq təfəkkürü ilə deyilsə də bu mükəmməl fikri gö­zəl və­tən­pərvərlik ruhu bildik. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Azərbaycan Bay­rağı, sa­dəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəm­zidir. Bu, bizim müs­­­təqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan və­tən­daşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Ulu Öndərin bu tövsiyəsi indi də Azərbaycan gəncliyinin vətən­pər­vər­lik manifestidir.

Müasir Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cüm­hu­riy­yə­tinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib, iclasın keçirildiyi Azər­bay­can Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayı­na­dək qü­rur­la dalğalanıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Mux­tar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib.

“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ses­si­ya­sında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və mey­dan­da qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Res­publikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosia­list” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olun­­­­malıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bay­raq­dır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq” – xalqımızın Ümum­mil­li Lideri Heydər Əliyev belə deyib...

Azərbaycan Respublika­sı­nın Ali So­ve­ti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üç­rəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında qaldırdığı vəsatətə 1991-ci il fevral ayının 5-də baxdı, “Azər­baycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Döv­lət Bayrağı elan etdi.

Dövlət bayrağı dövlətin siyasi pasportudur, Dövlət bayrağı heysiyyətdir, müqəddəsdir, toxunulmazdır...

Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Bay­ra­ğı­ Azər­bay­can və­tən­daş­la­rı­nın mil­li həm­rəy­li­yi­nin, va­hid məf­ku­rə ət­ra­fın­da sıx bir­ləş­mə­si­nin baş­lı­ca amil­lə­rin­dən bi­ridir. Ən müqəddəs rəmz­lər­dən olan bayraq millətin varlığının əlamətidir, mövcudluğunun təsdiqidir.

 “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli him­ni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın döv­lət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azər­bay­ca­nın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bun­dan sonra heç vaxt enməyəcəkdir”. – Ulu Öndər Heydər Əliyevin bu kəlamları da, Azərbay­can Re­s­pub­likasının Prezidenti cənab İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, du­yu­lan nəfəsi­miz­dir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa et­dik­dən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhu­riy­yətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümum­bə­şəri ideallara sadiqliyimizi nümayiş etdirir” kəlamları da hər bir azərbaycanlının düşüncələrin­də­dir…

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. İşğal­dan azad edilən ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı. İndi Dövlət bayrağımız Azərbaycanın sər­həd­ləri daxilində hər yerdə dalğalanır. Qürurlanırıq ki, biz azərbaycanlıyıq! Azərbaycan Üçrəngli Dövlət bayrağımızın işığında daha nurlu sabahlara gedir!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı