10 noyabr 2024 08:21
225

Dava zamanı bıçaqlanıb

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

“İki sahil” xəbər verir ki,  hadisə Polad Həşimov küçəsində baş verib. 1983-cü il təvəllüdlü Musayev Tofiq İsmixan oğlu qonşusu ilə dava zamanı bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.