14 noyabr 2024 18:18
268

COP29 Azərbaycanın müsbət ekoloji təşəbbüslərinin dünya ictimaiyyətinə birbaşa çatdırılmasında önəmli rol oynadı

Beynəlxalq aləmin ən mötəbər sammitlərindən biri olan COP29-un  Bakıda keçirilməsi ölkəmizə bir çox istiqamətlərdə xeyli dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Eyni zamanda, paytaxtımızın növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya nümayiş gösətərəcəkdir. Bəli, məhz Azərbaycan bu gün qlobal mənafelərin toqquşan məkanı deyil, qlobal həmrəyliyin qovuşan məkanıdır.Ölkəmizin başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Bununla da biz dünyada çoxtərəfli əməkdaşlıq quran ölkələrin ilk sırasındayıq.

COP29 kimi böyük beynəlxalq miqyaslı tədirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunun məntiqi təsdiqidir. Xüsusilə bu beynəlxalq tədbirə çoxlu sayda dövlət və hökumət nümayəndələrinin qatılması regional və beynəlxalq əhəmiyyətli, eləcə də ikitərəfli siyasi məsələlərin müzakirəsi imkanlarını da yaradacaq. Bundan başqa , COP29 Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstəricisidir.

Sözügedən tədbirdə Azərbaycanla bağlı ətraflı informasiyanı çatdırmaq imkanları yaranıb. Ölkəmix yaşıl iqtisadiyyata keçidlə bağlı son 20 ildə görülən işləri təqdim etməklə yaşıl iqtisadiyyata keçid prosesində dəstək qazanacaq, daha yeni texnologiyaların ölkəmizə gətirilməsinə imkanlar yaranacaq. COP29-un ölkəmizin müxtəlif sahələrinə birbaşa və dolayı təsirlərini qarşıdakı illərdə müşahidə edəcəyik.

Bakı bu beynəlxalq tədbirə ev sahibliyi edən paytaxt kimi seçildikdən sonra biz ikili standartların hədəfinə çevrildi. Ölkəmizə qarşı qarayaxma kampaniyası başladı. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər.

Siyasi analitiklər hesab edirlər ki, COP29 həmçinin Azərbaycanın müsbət ekoloji təşəbbüslərinin  dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcək. Son dövrlərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq. Azərbaycan hazırda neft-qaz ölkəsi kimi tanınsa da, xarici dövlətlərin başçılarının, şirkət rəhbərlərinin iştirak etdiyi tədbir əyani şəkildə göstərir ki, ölkəmizdə yaşıl enerji ilə bağlı görülən işlər, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli də hazırda bizim üçün prioritet məsələlərdən biridir. 

Respublikamız artan iqtisadiyyat, sosial inkişaf və innovasiyalar daxil olmaqla sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, ekoloji dayanıqlığa və «yaşıl artım»a diqqət prioritetlərdən biri kimi qəbul edilir. İndi ölkəmiz rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən, milli maraqlara xidmət edən yeni strategiya formalaşdırmışdır. Bu prioritetlər arasında təmiz ətraf mühitə nail olmaq və «yaşıl inkişafın» təşviq edilməsi diqqət mərkəzindədir. Milli ekoloji siyasətlərin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir. COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da o, imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradır. Bu öhdəlik Azərbaycanın dövlət strategiyasına tamamilə uyğun gəlir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri