12 noyabr 2024 12:13
101

Konstitusiya-dövlətin Ali Qanunudur

Konstitusiya-dövlətin Ali Qanunudur. Dövlətin siyası, hüquqi və iqtisadi sistemlərini əsaslarını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təmin edib müəyyənləşdirir. Azərbaycan tarixində ilk Konstitusiyanın qəbulu 1921-ci il Azərbaycan SSR-ın mövcudluğu dövründə qəbul edilmişdir. 1920-1991-ci illərdə mövcud olmuş Azərbaycan SSR-in dövründə 3 dəfə Konstitusiya qəbul edilib. 1921,1937 və 1978-ci illərdə qəbul edilmiş Konstitusiyalar SSR-in Konstitusiyası əsasında hazırlanmışdır. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının müəllifi Ulu Öndər Heydər Əliyev olub. Bu tarixi fakt 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin dövlətin əsas Qanununu qəbul edə bilməməsinə əsaslanır. Bu səbəbdən Azərbaycanda Konstitusiya quruluşunun formalaşması yalnız sovetlər dönəmində, respüblikamızın hüquqi cəhətdən SSRİ-nin, faktiki olaraq isə Rüsiyanın tərkibində olduğu dövrdə baş vermişdir. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşsa da bir müddət Ali Qanunun qəbul edilməsi gecikdirildi. Yeni Konstitusiya yaradılmasının zərurətini bilən Ulu Öndər Heydər Əliyev bunun üçün xüsusi komissiya yaratmış, Konstitusiya layihəsini xalqın müzakirəsinə vermişdir. Nəhayət 1995-ci il noyabırın 12-də Ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respüblikasının Konstitusiyası qəbul olunmuşdur.

Ulu Öndər Konstitusiya layihəsinin hazırlanması işinin məsuliyyətini vurğulayaraq belə demişdir: ―Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bünlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.

Ümummilli Liderimizin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan ən önəmli xidmətlərindən biri də məhz müstəqil dövlətimizin Konstitusiyasının hazırlanması olub. İlk Konstitusiyamızın layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmışdır. 1995-ci il noyabrın 12- də keçirilmiş referendümün nəticələrinə əsasən dövlətin Əsas Qanünü 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyası — respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir.

Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi: 1. İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir); 2. Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır; 3. Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib; 4. Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur; 5. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir; 6. Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir; 7. İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz; 8. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin yeddi hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə Konstitusiyanın aliliyini qoruyur. Ötən 29 ildə.ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı,zərurətlə,əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə,əhəmiyyətli dəyişikliklər ,əlavələr edilib.2002ci il avqustun 24də referendum yolu ilə Konstitusiya- nın 24 maddəsində29,2009cu il martın 18də isə25 maddəyə,30dan artıq əlavə və də yişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial,iqtisadi bazasının da ha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişl ənməsindən irəli gəlirdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə,2016cı il sentyabrın 26da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfəəlavə və dəyişikliklər edilib. Konstitusiy anın 29 maddəsinə edilən 41əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində,Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı. Vətən müharibəsi dövründə Konstitusi ya Məhkəməsinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransına, A vropa Konstitusiya Məhkəmələrinin Konfransına, habelə Asiya Konstitusiya M əhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağdan uzaqdakı,şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hə rbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, h əmçinin diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq t əşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycan ın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir. Azərbaycan məhkəmə-hüquq tarixində ən mühüm hadisələrdən biri də keçən il iyulun 14- də baş verdi. Həmin gün Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkd aşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarları Şuşa şəhərində elan edib.

Dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirilib. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri başlanılıb. 24 saatdan az bir müddətdə başa çatan və Azərbaycan Silahlı Qüvvələrinin yüksək məharət və peşəkarlıqla həyata keçirdiyi bu tədbirlər nəticəsində qarşıya qoyulan strateji hədəflərə uğurla nail olundu – düşmənin hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Sentyabrın 19-20-də Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı.  Ötən il oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü günündə xalqımız növbəti tarixi, sevincli və qürurverici gününü yaşadı. Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.  Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir.  Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 29-cu ildönümünü üçqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. 2020-ci ildən etibarən Azərbaycan xalqı bü bayramı artıq daha yüksək ruhla, qalib ölkə və qalib xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Kömandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordümüz bizə bu qüruru bəxş etdi. Həmin ilin sentyabr-noyabr aylarında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanı özünün faktiki kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu tarixi hadisə Konstitusiya Günündən iki gün öncə, nöyabr ayının 10-da baş verdi.

Aida İsmayılova,
M.Hacıyev adına 116 saylı tam orta məktəbin tarix müəlliməsi