Rusiya Federasiyasının Moskva şəhərində Moskva Kremlinin Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunda 2017-ci il 24-27 oktyabr tarixlərində keçirilən «Muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan tarixi silahlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda tarix üzrə fəlsəfə doktoru, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin, İdarə Heyyətinin üzvü, sədrin birinci müavini, bayraqşünaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov «İmperator I Aleksandr tərəfindən Mehtiqulu xana təqdim edilmiş fəxri bayraq və daş-qaşlarla bəzədilmiş qılınc” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Pərvin Gözəlov tarixi mənbələr əsasında, Qarabağ xanlığının XVIII-XIX əsrin əvvələrində Rusiya, Osmanlı imperiyaları və Qajarlar dövləti ilə bərabər hüquqlar əsasında ikitərəfli məktublaşmaları və muraciətləri, Qarabağ xanlığının müstəqil beynəlxalq munasibətlərin subyekti kimi qəbul olunmasını sübut etdiyini bildirib. Qarabağ xanı İbrahimxəlil xanın birbaşa olaraq Rusiya imperatriçası II Yekaterina və Osmanlı Sultanı III Səlim ilə olan məktublarını, bundan başqa İngiltərə konsulu Qarford Djonsun, Rusiya generalı Pavel Sisianovun Azərbaycan xanlarına ünvanladıqları məktubları P.Gözəlovun məruzəsində numünə kimi qeyd edilib.
Kürəkçay müqaviləsi 1805-ci il 14 və 21 may tarixlərində Qarabağ xanlığı və Rusiya imperiyası arasında konkret şəxslər tərəfindən imzalanıb. Muqaviləni Qarabağ xanlığı tərəfindən İbrahimxəlil xan, Rusiya imperiyası tərəfindən isə general Pavel Sisianovun imzalaması bu sənədin bərabərhüquqlu müqavilə olmasını bildirir. Qarabağ tarixi erməni tarixçilərinin xüsusi marağında olaraq, saxtalaşdırılmağa və Qarabağda yaşayan ermənilərin mustəqil olduqlarını təsdiq etmək üçün müxtəlif saxta və heç bir əsası olmayan cəhdlər etmələrinə baxmayaraq, konfransda P.Gözəlov xüsusi qeyd edib ki, Qarabağ xanlığında yaşayan ermənilər (məliklər) Azərbaycan xanlarının vassalları olublar və Azərbaycan xanlarına qonşu dövlət başçılarından və yüksək rütbəli şəxslər tərəfindən ünvanlanan bütün rəsmi müraciətlər və imzalanan müqavilələrdə Qarabağ xanlığına tarixən rəhbərlik edən köklü Azərbaycan xanlarının imzaları və adları olduğu haqqında məruzəçi tərəfindən konfrans iştirakçılarına bildirilib.
Xanlıq Rusiyya imperiyasının tərkibinə keçdikdən sonra 10 sentyabr 1806-cı ildə imperator I Aleksandr tərəfindən xüsusi fərman imzalanaraq, Qarabağ xanlığında İbrahimxəlil xanın oğlu Mehtiqulu xan kimi təyin edilərək Qarabağ xanlığında hakimiyyəti təsdiq edilmişdir. Fərmanla bərabər Mehtiqulu xana fəxri bayraq və qiymətli daç-qaçlarla bəzədilmiş qılınc verilib (Fəxri bayraq Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılır).
Yazılı mənbələrə əsasən fəxri bayraq və qılınc 1807-ci ildə göndərilib. 1838-ci il 30 oktyabr tarixində imperator I Nikolay tərəfindən Mehtiqulu xanın Qarabağ xanlığında xan haimiyyəri təsdiq edilib və təqdim edilmiş fəxri bayraq hakimiyyət rəmzi kimi istifadəsinə icazə verilməsi haqqında xüsusi fərmanla bərabər daş-qaşlarla bəzədilmiş qılınc və Djiqqa (Eqret-taca taxılan dekorativ element) təqdim edilməsi və Mehtiqulu xana təqdim edilmiş fəxri bayraq haqqında konfranda Pərvin Gözəlov tərəfindən ətraflı və geniş məlumat verilib.
Məruzə edilən məlumatlar elektron ekranda təstiqedici slaydlarla müşayiət edilib və videoçəkiliş aparılaraq birbaşa internetdə yayımlanıb.