25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanata əsasən Qarabağın işğalda olan Ağdam, Kəlbəcər və Laçın rayonları mərhələ-mərhələ azad edilməli idi. Bu qərar Azərbaycanın siyasi və hərbi rəhbərliyinin, diplomatiyasının möhtəşəm uğuru idi. Çünki hər 3 bölgə strateji baxımdan böyük əhəmiyyət daşıyırdı, ərazilərin azad olunması hərbi yolla aparılsaydı, şəhidlərimizin, qazilərimizin sayı daha da artacaqdı.
Birinci Qarabağ müharibəsində də ən çox itki Ağdam, Kəlbəcər və Ağdərə istiqamətində verilmişdi. 1930-cu ildə rayon statusu almış Kəlbəcər Azərbaycan ən dilbər guşələrindən biridir. Çox təəssüf ki, 90-cı illərdə ölkədə baş verən siyasi xaos və anarxiya bu cür cənnət guşəmizin düşmən tapdağı altına düşməsinəyol açmışdı.
Təbii qala rolun oynayan, yeraltı və yerüstü sərvətlərlə, su ehtiyatları ilə zəngin olan Kəlbəcər Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən düşmən tərəfindən 1992-ci ilin 2 aprelində işğğal edilmişdi. Kəlbəcərin ilhaqı, soydaşlarımızın məcburi köçkün düşməsi beynəlxalq aləmdə böyük səs-küyə səbəb olmuşdu. Beləki Azərbaycanın tələbi ilə BMT Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixində işğal pisləyən 822 saylı Qətnamə qəbul etmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra işğal olunmuş ərazilərimizin düşmən tapdağından azad olunması və ordu quruculuğu istiqamətində böyük işlər başlandı.
2020-ci ildə torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra Kəlbəcər də ana vətənə qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərlər etdi. 16 avqust 2021-ci ildə prezident Kəlbəcərdə dövlət bayrağını uçaltdı.
Dövlət başçısı Ömər aşırımında oldu, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 km uzunluğunda tunelin təməlqoyma mərasimini keçirdi. 17 avqust 2021-ci ildə Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3.4 kilometr uzunluğundakı tunelin təməlini qoydu. Son dörd ildə Kəlbəcərdə sənaye müəssisələrinin, sosial infrasturukturun qurulması, xidmət sektorunun yaradılması istiqamətində ciddi addımlar atılıb.
Beləki 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı həyata keçirilib, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimi baş tutub. 51 km uzunluğunda İstisu-Minkənd avtomobil yolu tikilib.
Kəlbəcərdə ənəvəvi kənd təsərrüfatı sahələrinin, xüsusən də heyvandarlıq, arıçılığın inkişafına idqqət ayrılıb.
21 avsust 2021-ci ildə bölgəyə səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərdə arıçılarla görüşüb. Dövlət başçısı Kəlbəcər balının keyfiyyətli olduğunu bildirib və arıçıları daxili bazarı təmin etmək, xaricə məhsul ixrac etmək üçün daha çox çalışmağa səsləyib. Arıçılarla söhbətdə İlham Əliyev bildirib ki, ermənilər son 30 ildə Azərbaycanda, Qarabağda ekoloji terror həyata keçiriblər, heyvandarlığı, arıçılığı məhv ediblər. Lakin biz bu sahələri bərpa edəcəyik.
Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini