25 noyabr 2020-ci il tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan prezidentinin ağıllı və uzaqgörən siyasəti nəticəsində bir güllə belə atılmadan Kəlbəcər işğaldan azad edilidi.
Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla bütün dünya şahidi oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və ta-lanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxar-kən davam etdirilib. Kəlbəcəri vandalistlər evləri dağıdıb, yandıraraq tərk etdilər. Vandalizmin ən aktiv nümayəndəsi olan “həşəratlar” Kəlbəcər torpaqlarından təmizləndi.
Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır.İllərdir bu gözəlliklərdən məhrum olan Azərbaycan xalqı nəhayət ki,istəyinə çatdı. Azərbaycan ordusu düşməni torpağımızdan qovaraq,fədakarlıq göstərərək şəhidlərimizin canı,qazilərimizin qanı bahasına füsunkar təbiəti,əsrarəngiz gözəlliyi ilə seçilən Kəlbəcəri öz sahiblərinə qaytardı.Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olun-ması, işğaldan azad edilmiş torpaqlarımız bütöv Azərbaycanın dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.
Hal-hazırda Kəlbəcərdə quruculuq işləri davam edir. Doğma Kəlbəcərimiz çiçəklənir inkişaf edir. Azad və doğma Kəlbəcərim azadlığın daim olsun. Dumanlı dağlarının əzəməti ,qüruru sınmasın, yaylaqlarından mal-qara , qoyun quzu səsi kəsilməsin!
Şəhla Hüseynova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü