29 noyabr 2024 18:20
75

“Bavariya”dan ayrılan futbolçu ABŞ klubunda

Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çupo-Motinq MLS-də çıxış edəcək. 

“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

35 yaşlı hücumçu “Nyu-York Red Bulz”la anlaşıb. Futbolçu artıq tibbi müayinədən keçib. O, ABŞ klubu ilə 2 illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. O, “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, PSJ, “Bavariya klublarında oynayıb.