İsrailin paytaxtı Təl-Əvivdə minlərlə israilli yenidən kütləvi nümayişlərə çıxaraq hakimiyyətdən Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini tələb edib.
“İki sahil” xəbər verir ki, ən böyük aksiya Təl-Əvivin şərqində, hökumət binaları kompleksi yaxınlığında keçirilib.
Fəallar qeyd ediblər ki, bir il əvvəl məhz danışıqlar və hərbi əməliyyatların müvəqqəti dayandırılması girovların bir qismini azad etməyə imkan verib.