Suriyada hökumət ordusu ilə ilə müxalif silahlı qruplar arasında qarşıdurmalar davam edir.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hökumət qüvvələri Hələb Beynəlxalq Hava Limanı da daxil olmaqla, bəzi strateji nöqtələri PKK/YPG terror təşkilatının nəzarətinə buraxaraq geri çəkilib.
Bununla yanaşı, müxalif qüvvələr paytaxt Dəməşqi Hələblə birləşdirən magistral yol üzərində yerləşən İdlibin ən böyük rayonu Marat ən-Numan rayonuna, bölgədəki kəndlərə və "Vadi əl-Daif" düşərgəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.
Məlumata görə, Marat əl-Numanın ələ keçirilməsi ilə bütün İdlib müxalifətin nəzarətinə keçib.