Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyaları hələ də davam edir.
“İki sahil” xəbər verir ki, periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.
Polis xüsusi təyinatlı dəstələri parlamentin ərazisindən Opera Teatrı istiqamətində hərəkətə keçiblər və aksiya iştirakçılarına xəbərdarlıq edilib.
Polis qüvvələrini zirehli maşınlar izləyir. Hüquq mühafizə orqanların əməkdaşları etirazçıların süni barrikadalar qurduğu Çavçavadze küçəsində hərəkət edirlər.
Rustaveli prospekti və Lagidze küçəsi də polislər tərəfindən mühasirəyə alınıb.
Bundan başqa Azadlıq meydanı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, həmçinin xüsusi texnikalar tərəfindən mühafizə olunur.