01 dekabr 2024 08:51
90

"Asiya NATO-su”nun yaradılması müzakirə edilir

Yaponiya hakimiyyəti Şimali Atlantika Alyansının Asiya analoqunun yaradılmasını müzakirə etməyə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, “NATO-nun Asiya versiyası”nın yaradılması ideyası hakim Liberal Demokrat Partiyası tərəfindən nəzərdən keçirilir. Bununla bağlı Yaponiyanın Baş nazirinin göstərişi ilə xüsusi komitə yaradılıb.

Alyansın əsasını Asiya-Sakit Okean regionu dövlətlərinin iştirakı ilə Yaponiya və ABŞ arasında ittifaq təşkil etməlidir.