01 dekabr 2024 14:07
71

İran xarici işlər naziri Dəməşqə gedir

İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə gedir.

“İki sahil” xəbər verir ki,  bu barədə İRNA məlumat yayıb.

Abbas Araqçi İranın mesajını çatdırmaq üçün Suriyaya səfərə getdiyini bildirib. Qeyd edib ki, Tehran qətiyyətlə Suriya hökuməti və Ordusunu dəstəkləyəcək.

Qeyd edək ki, Heyət Təhrir əş-Şam qruplaşmasının öncüllük etdiyi müxaliflər iki gün ərzində Hələb şəhərini ələ keçirib, İdlib vilayətində tam nəzarəti təmin edib.