İrəvanda kütləvi dava olub. Onlarla adamın iştirakı ilə baş verən davada üç nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 4-də saat 23:20-də Ermənistan tibb mərkəzindən polisə bıçaq xəsarətləri ilə 3 vətəndaşın gətirildiyi barədə məlumat daxil olub. Müəyyən edilib ki, Aştark avtomobil yolunun bir hissəsində dava düşüb və nəticədə bu, gənclərin böyük bir qrupunun iştirakı ilə əlbəyaxa davaya çevrilib.
Zərərçəkmişlərin vəziyyəti ağırdır, cinayət işi açılıb.
Respublikaçılar seçkiöncəsi reklamlara çəkilən xərclərə görə demokratları qabaqlayıblar
"Bloomberg": Texnoloji gerilik və daxili çəkişmələr Aİ-nin mövqelərini zəiflədib