06 dekabr 2024 15:43
188

Ərdoğan: Müxalifətin Suriyadakı yürüşü davam edəcək

“İdlib, Hama, Homs və təbii ki, Dəməşq. Müxalifətin bu yürüşü davam edir və ümid edirik ki, Suriyadakı bu yürüş heç bir insidentsiz və problemsiz davam edəcək”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

"Terror təşkilatlarına qarşı müqavimət davam edərkən biz Əsədə çağırış etdik. "Gəlin Suriyanın gələcəyini birlikdə təyin edək" dedik. Ancaq müsbət cavab ala bilmədik", - Ərdoğan qeyd edib.