Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları sabiq prezident Mixail Saakaşvilinin qurduğu müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü Dmitri Çikovaninin yaşadığı evdə axtarış zamanı odlu silah anbarı aşkar ediblər.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat verib.
"Dmitri Çikovaninin mənzilində axtarış zamanı hüquq-mühafizə orqanları xüsusi gizli yerdən həm qeydiyyatda olan, həm də onlarla qeydiyyatsız odlu silah, səsboğucular, döyüş sursatı, kompüter avadanlığı və yaddaş kartları müsadirə ediblər", - məlumatda bildirilib.