06 dekabr 2024 18:09
204

İdxal edilən şprislər üçün xüsusi gömrük rüsumlarının müddəti uzadılıb

Azərbaycanda idxal edilən iynəli və ya iynəsiz şprislər üçün tətbiq edilən xüsusi gömrük rüsumlarının müddəti uzadılıb.

“İki sahil” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Beləliklə, 31 dekabr 2024-cü ilə qədər plastmasdan iynəli və ya iynəsiz şprislərinin insulin üçün nəzərdə tutulan həcmi 2 millilitr və ya daha az olan 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan 1 ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu alınmalı idi. Bu müddət 31 dekabr 2029-cü ilə qədər uzadılıb.