Rusiyanın “Qazprom” korporasiyası Azərbaycanda öz nümayəndəliyini açacaq.
Şirkətin yaydığı məlumatda bildirilir ki, Direktorlar Şurası Azərbaycanda “Qazprom” korporasiyasının nümayəndəliyinin açılması ilə bağlı məsələləri razılaşdırıb.
Xatırladaq ki, “Qazprom” Azərbaycan ilə 2000-ci ildən əməkdaşlıq edir.