09 dekabr 2024 15:05
173

“Məşğulluğa dəstək” layihəsi çərçivəsində iki rayonda ictimai dinləmələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək” layihəsi barədə növbəti ictimai dinləmələr İmişli və Beyləqanda təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə bildirilib ki, işaxtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.